Xəzər Universiteti
“Qloballaşan təhsil” adlı
I Beynəlxalq Simpoziumu
20-21 Aprel 2018

2018-ci il aprelin 20-si və 21-də Xəzər Universitetində ömrünü Azərbaycan təhsilinin beynəlmiləlləşməsinə, dünya təhsil sisteminə inteqrasiyasına həsr etmiş, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının 70 illik yubileyinə həsr olunmuş “Qloballaşan təhsil” adlı I Beynəlxalq Təhsil Elmləri Simpoziumu keçiriləcək. Dünyanın müxtəlif universitetlərindən gələn alimlərin, tədqiqatçıların iştirakı ilə keçiriləcək bu simpoziumun məqsədi təhsil elmləri ilə əlaqədar dünyada gedən prosesləri, təhsildə baş verən son yenilikləri və Azərbaycanın dünya təhsil məkanına inteqrasiyasını müzakirə etmək, gənc tədqiqatçıları təhsil elminin yeni istiqamətlərində tədqiqat aparmağa təşviq etməkdir. Simpoziuma Azərbaycan türkcəsi, Türkiyə türkcəsi, rus və ingilis dillərində məqalələr qəbul edilir. Simpoziumda məruzəçi və ya dinləyici kimi iştirak etmək üçün qeydiyyatdan keçərək, məqalələrin xülasələrini təyin olunan müddətə qədər (20.01.2018) edusymposium@khazar.org elektron ünvanına göndərməyiniz xahiş olunur.